Almaniyanın Qarabağla bağlı mövqeyi Siyasət

Almaniyanın Qarabağla bağlı mövqeyi

Almaniya ATƏT-in Minsk qrupu çərçivəsində danışıqların intensivləşdirilməsi lehinə çıxış edir.
"İnterfax" xəbər verir ki, bunu müsahibəsi zamanı Almaniyanın xarici işlər naziri, ATƏT-in hazırda fəaliyyətdə olan sədri Frank-Valter Ştaynmayer bildirib.
`"Düzünü desək, mən bu münaqişələrin dondurulması fikri ilə razılaşmıram. Hər il insanlar bu münaqişələrdən əziyyət çəkir, müvafiq regionların inkişafı yavaşıyır. Balaca, lakin eyni zamanda konkret addımlarla biz atəşkəs rejiminin sabitləşdirmək, tərəflər arasında inamı artırmaq və həmin ərazilərdə yaşayan insanların rifahını yaxşılaşdırmaq istəyirik`, - deyə Almaniya XİN rəhbəri bildirib.
Ştaynmayerin sözlərinə görə, Dağlıq Qarabağ ətrafında münaqişənin təmas xəttində və Ermənistan ilə Azərbaycan sərhədində silahlı qarşıdurmalar narahatçılıq yaradır. Almaniya ATƏT-in Minsk qrupu çərçivəsində danışıqların intensivləşdirilməsinə tərəfdir.
`Burada mühüm addım atəşkəs rejiminin pozulmasının aydınlaşdırılması üçün mexanizmin yaradılması ola bilər`.