17 Yanvar 2023 09:09
2 618
Ermənistanın aprel ayında hərbi təxribatlara əl atması gözlənilir. Hindistan hərbiçiləri Zəngəzurda Ermənistanın yeni hərbi hissələrində yeni döyüş silahlarının təlimini keçirirlər. Ermənistan yenidən təxribatlara əl atarsa, Azərbaycan Zəngəzur dəhlizini hərbi güclə açacaq.
Bunu "Xalq Cəbhəsi"nə politoloq Məhəmməd Əsədullazadə deyib.
Politoloq qeyd edib ki, yeni hərbi eskalasiya Ermənistanın biabırçı məğlubiyyəti və sülhə aparan bir proses ola bilər:
"Hazırda Ermənistan Baş naziri Nikol Paşinyan sülh müqaviləsində maraqlı deyil. Bəzən deyilir ki, Ermənistan təxribatlara getməz. Amma, biz daima bunun şahidi olmuşuq. Ermənistan hakimiyyəti nə taktiki, nə də strateji ağıla sahibdir. Bu ölkənin təməl siyasəti Azərbaycan fobiyadir və bundan sonra da bu siyasət davam edəcək".
Cavid