“Rusiya danışıqlardan qaçmaq üçün bəhanə tapdı”
30 Dekabr 2025 23:00
30 Dekabr 2025 23:00
30 Dekabr 2025 22:59
30 Dekabr 2025 22:37
30 Dekabr 2025 22:36
25 Yanvar 2023 19:39
3 283
İlqar Hacıbala oğlu Sadıqov Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sədr təyin olunub.
Trend-in məlumatına görə, İlqar Sadıqovu kollektivə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev və Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov təqdim ediblər.
Təqdimat zamanı Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyəti geniş təhlil olunub, buraxılan nöqsanlara diqqət çəkilib, bundan sonrakı fəaliyyət üzrə müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, 1965-ci ildə Bakı şəhərində anadan olan İlqar Sadıqov Naxçıvana təyinatdan öncə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinə rəhbərlik edib. “NUHÇIXAN” İnformasiya Agentliyinə qısa müsahibə verən İlqar Sadıqov göstərilən etimada görə minnətdarlıq edib, muxtar respublikanın müasirləşməsi, tikinti-quruculuq işlərinin keyfiyyət və zövqlə aparılması istiqamətində səylə çalışacaqlarını bildirib.
30 Dekabr 2025 16:21
2 100
30 Dekabr 2025 16:19
2 086
30 Dekabr 2025 14:53
2 184