“Ermənistanla Qarabağdakı separatçı ünsürlər özbaşına hərəkət etmirlər”-Sahib Alıyev Siyasət

“Ermənistanla Qarabağdakı separatçı ünsürlər özbaşına hərəkət etmirlər”-Sahib Alıyev

“Artıq birinci dəfə deyil ki, sülh anlaşması üçün uyğun şərait yarananda, bu haqda ümidverici açıqlamalar səsləndiriləndə Azərbaycanla sərhəddə və Qarabağda vəziyyətin gərginləşdirilməsinə çalışıldığını görürük. Aydındır ki, özlərinin və qarşıdakının gücünü yaxşı bilən Ermənistanla Qarabağdakı separatçı ünsürlər özbaşına hərəkət etmirlər. Buna həvəsləndirilir və hətta sövq olunurlar. Həvəsləndirənlər qərbdəkilər, sövq edənlər isə regiondakı iki bəlli dövlətdir”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu millət vəkili Sahib Alıyev deyib. S.Alıyev “beləliklə, biz görürük ki, münaqişə zamanı olduğu kimi postmünaqişə dönəmində də Azərbaycan təkcə işğalçılıq siyasətindən əl çəkmək istəməyən Ermənistanla deyil, ondan geosiyasi alət kimi faydalanan, faydalanmaq niyyətində olanlarla da mübarizə apararaq öz torpaqları üzərində suverenliyini tam təminə çalışır və bunu bacarır”,- deyə əlavə edib:.
Martın 25-də keçirilən əməliyyat da bu yöndə atılan növbəti və görünən önəmli addımlardan biri idi. Təbii ki, görünməyən, açıqlanması lazım bilinməyənlər də var və bizim öz məqsədimizə doğru irəliləməmizdə onların da az rolu yoxdur. Məqsəd isə budur ki, regionda beynəlxalq normalara əsaslanan dayanıqlı sülh olsun, haylardan bizə qarşı geosiyasi alət kimi faydalanmağın perspektivsizliyini hər kəs anlasın”.

Əli