29 Mart 2023 15:10
2 296
Ümid edirik ki, Bakı-Tehran münasibətlərindəki hazırkı çat müvəqqəti xarakter daşıyır.
Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Hüseyn Əmir Abdullahianla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.
Rusiya XİN başçısı Bakı-Tehran münasibətlərindəki çatın tezliklə aradan qalxacağını söyləyib: “Bu, Rusiya, İran və Azərbaycanın iştirakı ilə üçtərəfli əməkdaşlığın inkişafına yardım edəcək. Biz öz dostlarımıza mövcud problemlərin həllində kömək etməyə hazırıq”, - o deyib.
24 Mart 14:47
1 505
23 Mart 14:07
1 918
23 Mart 12:20
2 044