Sahibə Qafarova BMT-nin xüsusi sessiyası çərçivəsində Əminə Ərdoğan və Çavuşoğlu ilə görüşüb - FOTO Siyasət

Sahibə Qafarova BMT-nin xüsusi sessiyası çərçivəsində Əminə Ərdoğan və Çavuşoğlu ilə görüşüb - FOTO

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Türkiyənin birinci xanımı Əminə Ərdoğanla görüşüb.

Trend xəbər verir ki, bu barədə Ə.Ərdoğan özünün rəsmi “Twitter“ hesabında paylaşım edib.

Bildirilib ki, BMT-də təşkil olunan 30 Mart – Dünya Sıfır Tullantı Gününə özəl iclasına qatılmaq məqsədilə Nyu-Yorkda işgüzar səfərdə olan S.Qafarova Türk Evini ziyarət edib.

"Sıfır Tullantı ilə bağlı təcrübələrimizi paylaşdıq. Ekoloji problemlərin bütün dünya ölkələrinin məsuliyyəti olduğunu və iqlim dəyişikliyi ilə mübarizə aparılması barədə həmfikir olduq. Sahibə Qafarovaya BMT-də göstərdiyi dəstəyə və onun timsalında əziz Azərbaycan xalqına təşəkkürümü bildirirəm”, - deyə Ə.Ərdoğan bildirib.

Sahibə Qafarova BMT-nin xüsusi sessiyası çərçivəsində Əminə Ərdoğan və Çavuşoğlu ilə görüşüb (FOTO)

Sahibə Qafarova BMT-nin xüsusi sessiyası çərçivəsində Əminə Ərdoğan və Çavuşoğlu ilə görüşüb (FOTO)

Sahibə Qafarova BMT-nin xüsusi sessiyası çərçivəsində Əminə Ərdoğan və Çavuşoğlu ilə görüşüb (FOTO)