"Ölkəmiz xarici investorlar üçün etibarlı tərəfdaşa çevirib"
28 Sentyabr 15:53
28 Sentyabr 15:53
28 Sentyabr 14:15
28 Sentyabr 13:53
28 Sentyabr 13:24
30 Mart 2023 20:17
2 933
44 günlük Vətən müharibəsində Azərbaycanın guya İŞİD terrorçularından istifadə etməsinə dair ittihama cavab olaraq bildiririk ki, şanlı Azərbaycan ordusu təkbaşına torpaqlarımızı işğaldan azad edərək zəfər səlnaməsi yazmışdır. Bu iddia cəfəng ittiham və iftiradan başqa bir şey deyildir.
Bu barədə İran İslam Respublikası Ordusunun Quru Qoşunlarının Komandanı Kiomərs Heydəri tərəfindən Azərbaycana münasibətdə çirkin iftira və böhtan xarakterli fikirlərə cavab olaraq Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumatda deyilir.
"Bu ittihamın məhz terrorizmi dəstəkləyən və adı dünyanın müxtəlif ölkələrində terror əməllərinin törədilməsində keçən dövlətin yüksək çinli hərbçisi tərəfindən irəli sürülməsi istehza və gülünc doğurur", - deyə vurğulanır.
Nazirlik bildirir ki, Azərbaycan Respublikası ərazisində hər hansı xarici qüvvələrin olması haqqında İran tərəfinin ittihamı əsassızdır və təmamilə qəbuledilməzdir. Ümumiyyətlə, Azərbaycan Respublikasının ərazisində kənar elementlər mövcud deyildir.
28 Sentyabr 18:30
896
28 Sentyabr 18:23
854
28 Sentyabr 13:26
854