Aİ Meta və TikTok-u Şəffaflıq Qaydalarını pozmaqda ittiham edir
24 Oktyabr 18:19
24 Oktyabr 18:19
24 Oktyabr 17:44
24 Oktyabr 13:53
16 May 2023 20:12
2 373
Avrasiya İqtisadi Komissiyası Kollegiyasının sədri Mixail Myasnikoviç Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Prezident İlham Əliyevə məktub göndərib.
Trend xəbər verir ki, məktubda deyilir:
"Sizi və Azərbaycan xalqını görkəmli milli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Ölkəsinin əsl vətənpərvəri olaraq, Heydər Əliyev respublikanın yüksək sosial-iqtisadi inkişafı üçün möhkəm bünövrə yaratmaqla müasir Azərbaycanın formalaşmasına dəyərli töhfə vermişdir. Azərbaycanın Ümummilli Liderinin çoxqütblü dünya nizamının müdafiəsində önəmli rolunu, Avrasiya məkanında ümumi dəyərlər və ideallarla birləşmiş dövlətlərin əməkdaşlığının möhkəmləndirilməsində səylərini xüsusi qeyd etmək istərdim.
Hörmətli İlham Heydər oğlu, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, dahi atanızın fəaliyyətinin davam etdirilməsində böyük uğurlar arzulayıram. Əminəm ki, Azərbaycan Respublikası qarşılıqlı faydalı Avrasiya tərəfdaşlığının inkişafında bundan sonra da əhəmiyyətli rol oynayacaqdır".
25 Oktyabr 22:16
1 183
25 Oktyabr 15:27
1 302
25 Oktyabr 10:20
1 421