Əli Hüseynli: “…Onlar ömürlük hakim olacaqlar” Siyasət

Əli Hüseynli: “…Onlar ömürlük hakim olacaqlar”

Milli Məclisin dünənki plenar iclasında Şirvan Apellyasiya Məhkəməsi sədrinin Ali Məhkəmənin hakimi təyin edilməsi məsələsinə baxılıb. Məhkəmə-Hüquq Şurasının təqdimatına əsasən Ali Məhkəmənin səlahiyyət müddəti aprelin 25-də başa çatan hakimləri İbayev Vəfaddin Ələm oğlu və Quliyev Zakir Müslüm oğlu yenidən əvvəlki vəzifələrinə təyin ediliblər. Eyni zamanda, Şirvan Apellyasiya Məhkəməsinin sədri Əsgərov Qürbət Ağa oğlu Ali Məhkəmənin hakimi təyin ediləcək. Ali Məhkəmənin hakimi Ağayev Rəşadət Əhməd oğlu isə vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin hakimi təyin edilib. Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, Qürbət Əsgərov, Vəfaddin İbayev, Zakir Quliyevin Ali Məhkəmənin hakimləri təsdiq edildiyi təqdirdə onlar ömürlük hakim olacaqlar.
Məsələ səsə qoyularaq qəbul edilib.