"Azərbaycan özü nə edəcəyini yaxşı bilir" Siyasət

"Azərbaycan özü nə edəcəyini yaxşı bilir"

Moldovada baş tutan görüşü pozitiv adlandırmaq olar. Təbii ki, gözləntilər bir çoxlarına görə böyük idi. Hətta sülh müqaviləsinin imzalanmasından belə danışılırdı, amma nəticəsizliyin özü belə bir nəticədir. Məgər Azərbaycan işğal dövründə 30 il nəticəsiz görüşlər apardığını görüb, nəticədə özü bu nəticəsizliyi nəticə ilə sonlandırmadı?

Bunu "Xalq Cəbhəsi"nə politoloq Azər Qasımov deyib.

Politoloq deyib ki, görüşlər bir-birini əvəz edir. Bir görüş başa çatmamış bir sonrakı, hətta ikinci görüşdən nəticələrə ümid yaradılır. Bu, heç görüşməməkdən yaxşı olsa da, ən azı prosesin diqqət mərkəzində olduğunu göstərmək baxımından önəmlidir: "Həm də dünyanın böyük güclərinin nəzarətində və diqqət mərkəzində.
Hesab edək ki, qeyd edilən görüşlərdə istədiyimiz nəticə alınacaq. Azərbaycanın mövqeyi haqlı mövqe olduğu üçün bizim üçün görüşlərin harda və kimlərin iştirakı ilə aparılmasının fərqi yoxdur. Tək bir fərqlə ki, bu, sonsuza qədər davam etməyəcək. Ya bir-iki görüş və nəticə, ya da Azərbaycan özü nə edəcəyini yaxşı bilir".

Cavid