“Beştərəfli görüş Azərbaycanın növbəti diplomatik qələbəsi ilə yadda qaldı”-Tural İsmayılov Siyasət

“Beştərəfli görüş Azərbaycanın növbəti diplomatik qələbəsi ilə yadda qaldı”-Tural İsmayılov

“Beştərəfli görüş Azərbaycanın növbəti diplomatik qələbəsi ilə yadda qaldı”. Bunu xalqcəbhəsi.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib. O, “nəzərə almaq lazımdır ki, ölkəmizin məhz 44 günlük vətən müharibəsində qazandığı qələbə, eyni zamanda beynəlxalq münasibətlər sistemində mövqeyimizin möhkəmlənməsi Azərbaycanın bu sahədə öz təklif və tələblərini, haqlı olduğu və diktə etdiyi şərtlərin yerinə yetirlməsinin pressinqi ilə nəticələndi. Bu gün dünyanın önəmli coğrafiyalarında, dünyanın önəmli şəhərlərində Azərbaycan-Ermənistan münasibətlərinin gələcəyi ilə bağlı müzakirələr aparılır və Azərbaycanın səyləri nəticəsində iki ölkə münasibətlərinin normallaşdırılması prosesi böyük paytaxtlarda müzakirə edilir. Hesab edirəm ki, Azərbaycanın haqlı tələbləri ilə bağlı məsələlərin səslənməsi ümumiyyətlə bundan sonra Avropa İttifaqının rəhbərliyi altında keçirilən görüşlərdə bu məsələnin həmişə müzakirə edilməsi ilə bağlı əldə edilən razılaşmalar Azərbaycan-Ermənistan münasibətlərinin gələcəyi ilə bağlı çox mühüm önəmə malikdir”.

Əli