 
                
                
                
             
                
                
                
            Nazir: Azərbaycanın UNESCO ilə tərəfdaşlığı mədəni irsin inkişafına əsaslanır
Gürcüstanın XİN rəhbəri: Azərbaycanla strateji tərəfdaşlığın çox ciddi əhəmiyyəti var
Hesablama Palatası 2026-cı il dövlət büdcəsinə rəy verib, Milli Məclisə göndərib
Hazırda Ağdərənin 7, Xocalının isə 11 kəndinə əhalinin köçürülməsi istiqamətində işlər aparılır
Zəngəzur dəhlizinin Azərbaycan hissəsi gələn ilin sonunadək tamamlanacaq
 2 İyun  2023 11:09
2 İyun  2023 11:09 2 457
2 457
Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilər üzrə haqqı ödənilən ictimai işlərlə əlaqədar (Tərtər rayonunun Talış kəndi üçün 20 sayda, Laçın rayonu üçün 20 sayda və Şuşa şəhəri üçün 25 sayda) kvota ayrılıb.
APA xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılan “İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı bildirilib.
Qeyd edilib ki, əmək bazarında mövcud vəziyyət nəzərə alınmaqla işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əsas aktiv məşğulluq tədbiri kimi haqqı ödənilən ictimai işlərin səmərəliliyinin və bu sahədə şəffaflığın təmin edilməsinə diqqət artırılıb. Belə ki, 2023-cü ilin əvvəllərində sosial işçilərin əməkhaqlarının 415 manatdan 500 manat məbləğinə artırılmasını, eləcə də Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilər üzrə (Tərtər rayonunun Talış kəndi üçün 20 sayda, Laçın rayonu üçün 20 sayda və Şuşa şəhəri üçün 25 sayda) kvotanın ayrıldığını nəzərə alaraq “haqqı ödənilən ictimai işlər” xərc istiqaməti üzrə 725 000,00 manat vəsait artırılıb.
 
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                    