"Aİ öz gələcək taleyinə biganə qalmamalıdır" Siyasət

"Aİ öz gələcək taleyinə biganə qalmamalıdır"

Azərbaycan-Ermənistan probleminin dünyanın gündəminə oturması və bu problemin həlli istiqamətində intensiv görüşləri keçirilməsi onu göstərir ki, yeni dünya düzəninin qurulmasının mərkəz nöqtələrində biri bu regionun payına düşür. Problemin qalması həm yeni problemlər yarada, həm də əldə olunun nəticələri heçə endirə bilər.

Bunu "Xalq Cəbhəsi"nə politoloq Azər Qasımov deyib.

Politoloq bildirib ki, Avropa ölkələri bundan daha çox zərər görə bilər. Hesab edirəm ki, Almaniya və Fransanın bu məsələyə göstərdiyi diqqətin səbəbi daha çox bu istiqamətə yönləndirilməlidir. Avropanın aparıcı dövlətləri yaxşı başa düşməlidir ki, bu problemin həlli Azərbaycandan çox Avropaya lazımdır. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələrin davam etməsi Qarabağ məsələsinə son nöqtənin qoyulmasından keçir:

"Avropa İttifaqı rəhbərliyinin bu istiqamətdə aktivliyini müsbət qiymətləndirmək lazımdır. Görüşlərin qısa aralarla intensiv davam etdirilməsi də Aİ-nın məsələnin onların taleyi ilə bağlı olduğunu anladıqlarını bir daha göstərir. Ümid edək ki, Aİ ən azı öz gələcək taleyinə biganə qalmayaraq onlar üçün həyatı əhəmiyyət kəsb edən Azərbaycan-Ermənistan münaqişəsinə son verəcək sülh müqaviləsinə nail olacaq. Azərbaycan üçün bu sülhün ciddi əhəmiyyəti yoxdur. Biz 30 ildir sülhsüz yaşayırıq, bundan sonra da yaşayarıq. Amma bu istiqrarsızlığın regiona, davamında isə Avropaya gətirə biləcəyi təhlükənin nəticələrini onlar fikirləşsin".

Cavid