Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi 20 km/saat endirilib
İran XİN: Ali Rəhbər Müctəba Xamenei özünü yaxşı hiss edir, dövlət sistemi effektiv işləyir
Aİ Ermənistana hibrid təhdidlərə qarşı xüsusi çevik reaksiya qrupu göndərəcək
Prezident İlham Əliyev “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib
Bakıda və Abşeron yarımadasında yağıntı intensivləşəcək XƏBƏRDARLIQ
7 İyun 2023 15:00
2 422
“Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə”də dəyişikliklər edilib.
Trend-in məlumatına görə, Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən Agentliyə aşağıdakı yeni vəzifələr həvalə edilib.
ərazisində heyvanların xüsusi təhlükəli xəstəliklərinin baş verməsi qeydə alınan xarici ölkələr və idxalı qadağan olunmuş mallar barədə məlumatların real vaxt rejimində aidiyyəti dövlət orqanının informasiya sisteminə ötürülməsini təmin etmək;
heyvan xəstəliklərinin diaqnostikası və profilaktikası üzrə baytarlıq tədbirlərinin həyata keçirilməsinə nəzarət məqsədilə hər bir heyvanı və ya heyvanlar qrupunu müşahidə etməyə imkan verən kənd təsərrüfatı heyvanlarının identikləşdirilməsini aparmaq;
heyvanlar üçün bioloji preparatlar istehsalı obyektlərinin baytarlıq qanunvericiliyinin tələblərinə uyğunluğunun uçotunu aparmaq üçün onların qeydiyyatını həyata keçirmək;
dövlət baytarlıq nəzarətinə cəlb edilən məhsulların istehsalı, tədarükü, saxlanması, emalı və satışı, habelə daşınması ilə bağlı dövlət baytarlıq nəzarəti obyektlərinin yerləşdirilməsinə, tikintisinə, bərpasına və istismara verilməsinə rəy vermək.
13:33
168
24 Mart 14:47
1 526
23 Mart 14:07
1 939