“Heç kimin erməniyə torpaq vermək fikri yoxdur” Siyasət

“Heç kimin erməniyə torpaq vermək fikri yoxdur”

"Yumşaq desək, elə də yüksək informasiya hazırlığı olmayan, üstəlik də Dağlıq Qarabağın qaytarılması yönündə ya simmetrik, ya da asimmetrik fərqi yoxdur heç bir addım atmayan və atmayacaq adamlar "Qarabağı verirlər" deyəndə bilmirsən nə reaksiya göstərəsən".
Cebhe.info xəbər verir ki, bu sözləri millət vəkili Sahib Alıyev işğal olunmuş torpaqlarımızın azad olunması barədə gəzən söz-söhbətlərdən danışarkən deyib. Onun sözlərinə görə, o torpaqların təəssübünü Qarabağ danışıqlarını aparan ölkə başçısı qədər heç kim çəkə bilməz:
"Qardaşlar, bacılar, problemin çözülməsi yönündə də heç kimin onun qədər əməyi olmayıb və ola da bilməz. Dördgünlük döyüşlərdə düşmənin burnunu əzən ordumuzu belə güclü edən də odur, böyük dövlətlərin, qlobal güclərin bunun əleyhinə çıxdığını bilə-bilə Azərbaycanın savaş yoluyla da olsa, torpaqlarını qaytaracağını deyən və bunu əməl də göstərən də… Yəni bu dövlətin başçısı, Qarabağ danışıqlarını aparan şəxslər bu məsələdə prosesləri qıraqdan izləyənlərdən heç də az prinsipial deyillər. Heç kimin erməniyə bir qarış da olsun torpaq vermək fikri yoxdur və bu, ola da bilməz".