Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_2/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_7/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_a/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_b/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
“İşğalçıya qarşı ölçü götürmürlər”

“İşğalçıya qarşı ölçü götürmürlər” Siyasət

“İşğalçıya qarşı ölçü götürmürlər”

Rövşən Məmmədli: "Bu isə onların, müvafiq beynəlxalq təşkilatların ikili standartlar nümayiş etdirdiyini ortaya qoyur"

Aprel ayının əvvəllərində erməni təxribatı nəticəsində təmas xəttində yaşanan gərginlik bir daha dünya üçün o reallığı ortaya qoydu ki, Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi istər region, istərsə də regiona marağı olan güc mərkəzləri üçün arzu edilən deyil. Ancaq buna baxmayaraq hələ də dünya birliyi, münaqişənin həllini öz üzərinə götürən beynəlxalq təşkilatlar Dağlıq Qarabağ probleminin həlli istiqamətində konkret addımlar atmırlar. Elə bu günlərdə Türkiyədə keçirilən Humanitar Forumda çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev diqqəti bu istiqamətə yönəldərək Ermənistanı BMT qətnamələrini icra etməməkdə günahlandırdı. Həmçinin dövlət başçısı təşkilatın özünü də haqlı olaraq ikili standartlarda ittiham etdi.
Müstəqil ekspert Rövşən Məmmədli də hesab edir ki, dünya dövlətləri Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyini aşıq-aşkar görsələr də, lakin işğalçıya qarşı hər hansı bir ölçü götürmürlər. Bu isə onların, müvafiq beynəlxalq təşkilatların ikili standartlar nümayiş etdirdiyini ortaya qoyur: "Dağlıq Qarabağ və onun ətrafında Ermənistan tərəfindən işğal olunmuş bölgələrimizlə bağlı artıq bütün dünya Azərbaycanın haqlı mövqeyini müdafiə edir. Dünya Dağlıq Qarabağın Azərbaycanın ərazisi kimi tanınması ilə razılaşır və bunun fərqindədir. Bu gün dünyada tanınmış bir çox məşhur şəxslər işğal altənda olan bu ərazinin Azərbaycanın tarixi torpağı olmasını təsdiqləyir. Hətta ermənilərin bu yerlərə gəlmələrini təsdiqləyən dövlətlər və tanınmış şəxslər də var. Ermənistanın birbaşa dəstəyi və yaxından iştirakı ilə seperatçıların zorla Dağlıq Qarabağı işğal edib oradan aborogen xalqı olan azərbaycanları qovmaları bütün dünyaya məlumdur. BMT-nin də Ermənistan qoşunlarının dərhal işğal olunmuş ərazilərimizdən çıxarılması haqda məlum 4 qətnaməsi elə dünya dövlətlərinin dəstəyi ilə qəbul olunub. Ancaq bütün bunlara baxmayaraq yenə də beynəlxalq birlik və təşkilatlar, dünyanın güc mərkəzələri ədalət prinsipini bir kənara qoyaraq Azərbaycanın pozulmuş hüquqları, ərazi bütövlüyünün bərpası istiqamətində heç bir addım atmırlar. Bu isə öz-özlüyündə beynəlxalq aləmə olan inamı, etimadı azaldır". Rövşən Məmmədli deyib ki, Azərbaycan dövləti bütün dövlətlər kimi (Birləşmiş Ştatlar, Rusiya, Fransa, CAR, İsrail, Misir,Türkiyə və s) müstəqil dövlətdir və bütün dünya (Qərbi Azərbaycandan başqa) dövlətləri bu müstəqilliyi tanıyıblar: "Dağlıq Qarabağ da müstəqil Azərbaycan dövlətinin tərkib hissəsidir və Azərbaycanın Konstitusiyası bütün Azərbaycan ərazisində olduğu kimi Dağlıq Qarabağda da şahdır. Ermənistan (Qərbi Azərbaycan) Dağlıq Qarabağ erməniləri arasında əsassız, milli qızışdırıcılıq aparıb və onlar zorla seperatizmə, separat hərəkətlər etməyə sövq edilib. Daha sonra isə öz quldur ordusu ilə Dağlıq Qarabağı və ona biytşik 8 rayonu (Şuşa Dağlıq Qarabağın tərkibindən çıxmışdı seperatçılıq dövründə, bu rayonda yaşayan ermənilər çoc cüzi sayda idi) işğal edib. Göründüyü kimi Ermənistanın hal hazırda Azərbaycanın işğal olunmuş ərazilərində olan bütün ordusu çinayətkar birləşmələrdilər və onlar törətdikləri hərbi cinayətlərə görə Azərbaycanın hərbi məhkəmələrinə və beynəlxalq Hərbi Tribunala verilərək ciddi cəzalandırılmalıdırlar". Müstəqil ekspert deyib ki, ermənilər Azərbaycanın işğal etdikləri bütün ərazilərində kənd, qəsəbə və şəhərləri darmadağın edərək talayıb, bir çox mədəni abidələrimizi yer üzündən silib, vandallıq edərək ibadət yerləri, qəbirstanlıqları da dağıdıblar. Həmçinin, Azərbaycanın həmin ərazilərindəki yerüstü və yeraltı sərvətlərini talayıb, təbiəti məhv edib, ekoloji fəlakət yaradaraq işğal altında olan ərazilərdə çox böyük narkotika plantasiyaları salıblar. Nəticə etibarilə ermənilər dünyanın narkotika ilə təminatçılarından birinə çevriliblər. Bütün bunlar və sonuncu qalibiyyətli döyüş əməliyyatları əsas verir ki, Azərbaycan dövləti Ermənistanın qoşunlarının danışıqsız və qeyd-şərtsiz Azərbaycandan çıxarılmasını tələb etsin və Dağlıq Qarabağda yaşayan yerli ermənilərin yerli özünüidarəçilik məsələsini öz Konstitusiyasına uyğun həll etsin". Rövşən Məmmədlinin sözlərinə görə, .Azərbaycan ATƏT-in Minsk qrupunun, bu məsələdə maraqlı olan dövlətlərinin dedikləri ilə o qədər də hərəkət etməməli, öz ədalətli və beynəlxalq hüquqa tam cavab verən mövqeyini daim diktə etməlidir: "Ermənistanı işğalçı və faşist dövlət kimi hər addımda ifşa etməlidir".