“Azərbaycan dövləti öz milli qərarvermə modelini qoruyub”
1 Noyabr 12:48
1 Noyabr 12:48
31 Oktyabr 17:08
31 Oktyabr 16:39
Deputat da hökumət qədər məsuliyyət daşıyır - Qüdrət Həsənquliyevdən SENSASİON açıqlamalar
Milli Məclisin sədri Sahibə Qafarova Böyük Misir Muzeyinin açılış mərasimində iştirak edib -FOTO
Ukraynanın Odessa vilayətinə dron hücumu olub, iki nəfər ölüb, bir yaralı var
Baydenin müşaviri onun seçkilərdən geri çəkilməsinin əsas səbəbini açıqlayıb
ABŞ beynəlxalq sularda narkoterroçularun qayığını məhv ediblər, ölənlər var
22 İyun 2023 18:16
2 485
“Gələn həftə Azərbaycan və Ermənistan xarici işlər nazirləri ABŞ -da növbəti dəfə görüşəcəklər. Vaşinqton iki ölkə arasında sülhün əldə edilməsi istiqamətində praktiki addımlar atır”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. O, bildirib ki,
kommunikasiyaların və sərhədlərin delimitasiya -demarkasiyası üzrə işçi qrupunun iclası da keçiriləcək: “Bununla bağlı razılıq əldə edilib. ABŞ -da aparılan danışıqlar prosesindən müsbət nəticənin olacağı istisna deyil. Çünki, hər iki ölkə bir sıra məsələlərdə razılığa gəlib. ABŞ may ayından sülhün əldə edilməsi üçün real imkanlarını ortaya qoyub.
ABŞ-da nazirlərin görüşü bir neçə gün çəkə bilər. Ola bilər ki, sülh müqaviləsinin mətni hazırlansın. Sülh müqaviləsinin mətnini hazırlanması üçün müəyyən irəliləyişlər var. Ermənistan Qarabağ daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Delimitasiya və demarkasiya birgə komissiyanın iclası olacaq. Həmçinin dəmiryol xəttinin çəkilməsi ilə bağlı ilkin razılaşma da var.
Buna baxmayaraq, Ermənistan Qarabağ erməniləri ilə bağlı iddialar ortaya qoyur. Həmçinin anklavlarla bağlı məsələlərdə İrəvan öz mövqeyində düzəliş etməyib. Vaşinqton görüşündə müsbət nəticə olacaqsa, Rusiya yenidən fəallaşacaq. Qarabağda və şərti sərhəddə təxribatlara əl atacaq”.
18:46
658
11:24
1 050
1 Noyabr 17:13
1 554