Emin Əmrullayev: Peşə məktəblərinə qəbul sayı iki dəfə artıb
Nazir: Yaxın vaxtlarda müəllimlərin ikinci dəfə sertifikasiya prosesinə başlanılacaq
Müəllimlərin vahid geyim forması ilə bağlı bu günlərdə yeni qaydalar qüvvəyə minəcək
Növbəti tədris ilində süni intellektlə bağlı tədbirlər genişləndiriləcək
19 Sentyabr 2023 19:03
2 016
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Ermənistanın Azərbaycan ərazisində yaratdığı və hələ də dəstəklədiyi qanunsuz rejimin “danışıqlara başlamaq çağırışı” ilə əlaqədar bildirir ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası reinteqrasiya məsələlərini müzakirə etmək üçün bir neçə dəfə ölkəmizin Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələrini dialoqa dəvət edib. Lakin onlar hər dəfə bundan imtina ediblər.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının yaydığı açıqlamada bildirilib.
"Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ölkəmizin Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri ilə Yevlaxda görüşə hazır olduğunu bildirir. Lakin antiterror tədbirlərinin dayandırılması üçün qanunsuz erməni silahlı dəstələri ağ bayraq qaldırmalı, bütün silahlar təhvil verilməli, qanunsuz rejim özünü buraxmalıdır.
Əks təqdirdə, antiterror tədbirləri sona qədər davam etdiriləcək", -deyə məlumatda qeyd olunub.