“Azərbaycanda təhlükəli səviyyədə hər hansı bir örgütlənmə baş verə bilməz” Siyasət

“Azərbaycanda təhlükəli səviyyədə hər hansı bir örgütlənmə baş verə bilməz”

Fərəc Quliyev: "Hüquq-mühafizə orqanları kifayət qədər güc və imkana sahibdir"

Məlum olduğu kimi, Azərbaycanın güc orqanlarında Fətullah Gülən təərfdarlarının olmasının mümkünlüyü ilə bağlı Türkiyə mediasında ciddi iddialar yer almaqdadır. Maraqlıdır, bu iddiada reallıq payı varmı? Gülən tərəfdarlarının ölkənin güc orqanlarına sızması mümkündürmü?
Məsələyə münasibət bildirən millət vəkili Fərəc Quliyev Azərbaycanın həm özü, həm də Türkiyə üçün təhlükə doğuran hallarla ciddi mübarizə apardığını, hüquq-mühafizə orqanlarının bu məsələdə daim böyük sayıqlıq və əzmkarlıq sərgilədiyini vurğulayıb: "Azərbaycanın hüquq-mühafizə orqanları hər zaman öz peşəkarlığı ilə diqqət çəkib. Onlar ölkə sərhəddindən nüvə komponentlərinin keçirilməsinin, qrup halında terror hadisələrinin törədilməsinin qarşçısını alıb, ciddi profilaktiki işlər görüb. Bu baxımdan hüquq-mühafizə orqanlarında Fətullahçıların olma ehtimalı, bununla bağlı səslənən informasiyalar da, yəqin ki, güc orqanları tərəfindən nəzərə alınır və öyrənilir. Azərbaycana qarşı hər hansı təhdid varsa, bu təhdidin qarşısı alınır. Qardaş ölkə olan Türkiyə ilə bağlı da hər hansı təhdid varsa, o zaman bununla bağlı da müvafiq addımalar atılır. Lakin Azərbaycanda təhlükəli səviyyədə hər hansı bir örgütlənmə baş verə bilməz. Baş verərsə, ölkənin hüquq-mühafizə orqanları onun qarşısını almaq üçün kifayət qədər güc və imkana sahibdir. Azərbaycanın hüquq-mühafizə orqanlarına güvənməyə dəyər".