“Azərbaycanın siyasəti nə qədər çox müstəqildirsə...” Siyasət

“Azərbaycanın siyasəti nə qədər çox müstəqildirsə...”

Səməd Seyidov: "Təzyiqlər də bir o qədər çox olacaq"


"Azərbaycanın siyasəti nə qədər çox müstəqildirsə və xalqımızın maraqlarını əks etdirirsə, ölkəmizə qarşı təzyiqlər də bir o qədər çox olacaq. Biz buna hazır olmalıyıq".
Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞ PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bəzi ölkələrin "demokratiya pərdəsi" altında Azərbaycana təzyiq göstərməsinə münasibət bildirərkən deyib.
Deputatın sözlərinə görə, belə təzyiqlərin arxasında dayanan birinci amil Azərbaycanın müstəqil olmasıdır:"Referendumun keçirilməsinin əsas məqsədlərindən biri də məhz dünyada baş verən və baş verə biləcək yeni təhlükələr, çağırışlarla bağlıdır. O təhlükələrdən ən vacib olanı, təhlükəli məsələlərdən biri müstəqil siyasət aparan ölkələrə təzyiqlərin göstərilməsidir. Biz bunu Avropada, Yaxın Şərqdə gördük. Bu yaxınlarda isə Türkiyədə gördük".