Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_2/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_7/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_a/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_b/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
“Ermənistanın törətdiyi cinayətlər...”

“Ermənistanın törətdiyi cinayətlər...” Siyasət

“Ermənistanın törətdiyi cinayətlər...”

Rafael Hüseynov: "Miqyasına görə "Panama vərəqləri"ni kölgədə qoyur"

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasının iclasında dinlənilən məruzələr arasında ən qızğın müzakirələr avstriyalı deputat Stefan Şennaxın hazırladığı hesabat ətrafında cərəyan edib. Dünya miqyaslı maliyyə cinayətlərini əhatə edən "Maliyyə və sosial sahədə ədaləti təmin etmək üçün "Panama vərəqləri"ndən alınan dərslər" mövzusunda hazırlanmış məruzə ilə əlaqədar müzakirələrdə Azərbaycan nümayəndə heyətinin üzvü deputat Rafael Hüseynov çıxış edib. Erməni deputatların böhtan səciyyəli, Azərbaycana qara yaxmaqdan ibarət çıxışlarını qətiyyətlə rədd edən azərbaycanlı deputat Ermənistanın özünün "Panama vərəqləri"ndə yer alması ilə bağlı faktları Assambleya üzvlərinin diqqətinə çatdırıb. Rafael Hüseynov Ermənistanın belə canfəşanlığının təsadüfi olmadığını, cinayət içində boğulan bir rejimin təmsilçilərinin saxta bəyanatlarla diqqəti öz ölkələrindən yayındırmağa cəhd etdiklərini vurğulayaraq deyib: "Artıq sona yaxınlaşan 2016-cı ilin bütün dünyada ən çox müzakirələr doğuran mövzularından biri 50-yə yaxın ölkədən olan 200-dək az və ya çox dərəcədə məşhur şəxsin adının keçdiyi "Panama vərəqləri" olub. Bu müzakirələr hələ də davam edir və yəqin ki, tezliklə bitməyəcək. Ortaya çıxdığı ilk gündən bəri ciddi maliyyə cinayətlərini, nəhəng miqyaslı vergidən yayınma hallarını əhatə edən həmin vərəqlərin verdiyi ilk və əsas ibrət ondan ibarətdir ki, dünyada şəffaflıq və əməkdaşlıq daha da artmalıdır. Şəffaflıq çox olarsa, xəlvətə çəkilib belə cinayətləri törətmək imkanları da məhdudlaşar. Lakin şəffaflıq yalnız ölkələrin, o cümlədən bizim təşkilata üzv dövlətlərin yaxın iş birliyi, bir-birilərinə qarşılıqlı yardımı və dəstəyi şəraitində mümkün ola bilər. Eyni zamanda, "Panama vərəqləri" belə bir dərs verir ki, bu araşdırmanın işığında biz mahiyyətcə oxşar olan başqa cinayətlərə qarşı da səylərimizi birləşdirməli, beynəlxalq təzyiqi gücləndirməliyik. "Panama vərəqləri"ndən yararlanaraq müxtəlif siyasi möhtəkirliklər etmək halları da mövcuddur və bunu edənlərdən biri də Ermənistandır. Biz bunu Avropa Şurasında əvvəl də, indi də Ermənistan təmsilçilərinin iftiralarla, yalanlarla, saxtakarlıqlarla dolu çıxışlarında müşahidə etmişik, yenə də görürük. Bu, əlbəttə ki, səbəbsiz deyil. Ermənistan özünü hər kəsdən daha yaxşı tanıyır və hansı rəzalətlərin içərisində olduğunu yaxşı anlayır. Onu da bilirlər ki, bu qəbil ifşaçı sənədlər ən əvvəl məhz Ermənistan gerçəkliyi ilə səsləşir".