Törətdiyi cinayətə görə, hər bir erməni hüquqi müstəvidə cavab verməlidir Siyasət

Törətdiyi cinayətə görə, hər bir erməni hüquqi müstəvidə cavab verməlidir

Azərbaycan Ordusunun tarix yazması, Xocalı daxil olmaqla, bütün ərazilərimizin işğaldan azad olunması hər birimizi qürurlandırır, ruhumuza rahatlıq gətirir. Hadisələrin gedişatını izləyəndə bu qənaətə gəlmək olar ki, dinc azərbaycanlılara qarşı törətdiyi cinayət əməllərinə görə, hər bir erməni hüquqi müstəvidə cavab verməlidir. Bəzən düşünürük, II Dünya müharibəsində hərbi cinayətlərdə ittiham olunan şəxslər Dağlıq Qarabağda, Xocalıda dinc azərbaycanlılara qarşı soyqırımı törədən, son hadisələr zamanı dinc azərbaycanlılara qarşı Gəncədə, Bərdədə və digər yaşayış məntəqələrimizdə terror aksiyaları həyata keçirən ermənilərdən daha mərhəmətli olublar.

Bunu "Xalq Cəbhəsi"nə siyasi ekspert Əkrəm Bəydəmirli deyib.

Onun sözlərinə görə, Xocalı soyqırımında, ümumilikdə Qarabağda dinc azərbaycanlılara qarşı törədilən qətl hadisələrində iştiraklarını ermənilər özləri birmənalı şəkildə təsdiqləyiblər. Bəzi faktlara yenidən nəzər salaq. Vaxtilə ingilis jurnalisti Tomas de Vaal yazırdı ki, erməni hərbi komandiri Serj Sarkisyandan Xocalının işğalı haqqında danışmağı xahiş edib. Sarkisyan isə baş vermiş hadisələrlə bağlı deyib: "Xocalıya qədər azərbaycanlılar düşünürdülər ki, bizimlə zarafat etmək olar, onlar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldırmağa qadir deyillər. Biz bu stereotipi sındırmağı bacardıq". Həmçinin Ermənistanın keçmiş prezidenti Robert Köçəryanda prezidentliyi dövründə Avropa Şurasının tribunasından Qarabağda dinc azərbaycanlılara qarşı etdiyi bütün vəhşilikləri fəxrlə təsdiqləyib:

"Göründüyü kimi, qeyd olunan və qeyd olunmayan faktlar cinayətkarların kimliyini tam sübut edir. Məgər bu və digər sənədlər, girovluqdan, erməni əsirliyindən əziyyət çəkən saysız-hesabsız azərbaycanlı canlı şahidlərin verdiyi məlumatlar və həmçinin, son hadisələr zamanı dinc azərbaycanlılara qarşı Gəncədə, Bərdədə və digər yaşayış məntəqələrimizdə törədilən qətllər beynəlxalq məhkəmə üçün sübut deyilmi?

Təbii ki, bu faktlar beynəlxalq tribunalın müzakirə predmetinə çevrilməlidir. O baxımdan bu gün bir sual yaranır Xocalı soyqırımda törətdiyi qanlı cinayətlər orta olduğu halda niyə görə, Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan, Serj Sarkisyan bu vaxta qədər məhkəmə qarşısına çıxarılmayıb. İstər Rusiyanın, istərsə digər bir qüvvənin himayəsində olmasından asılı olmayaraq, bu iki Xocalı qatili digərləri ilə bərabər məhkəmə qarşısında törətdiyi əməllərə görə cavab verməlidirlər. Bunun üçün isə beynəlxalq hüququn mexanizmlərinin işə düşməsinə nail olmalıyıq".

Müharibə cinayətləri və dinc insanlara qarşı soyqırım törədənlərlə bağlı dünya məhkəmələrində kifayət qədər nümunələr var. Bu dəfələrlə qeyd olunub. II dünya müharibəsində qanlı cinayətlər törətmiş, minlərlə günahsız insanın ölümünə bais olan faşıst Almaniyasıında bir sıra şəxslər məhkəmə qarşısına çıxarılaraq layiqli cəzalarını aldılar: "Adolf Hitler və onun silahdaşlarının bəşəriyyət tarixində törətdiyi ağlagəlməz cinayətlər Beynəlxalq Hərbi Tribunal Məhkəməsi Kollegiyasının Nyurnberq məhkəməsində aparılmışdı. Məhkəmədən sonra ittiham çıxışındakı tələblər nəzərə alınmaqla 21 canidən 12 nəfəri ölüm, qalanları isə müxtəlif növlü cəzalara məhkum edildi. Müharibədən zərər çəkən yəhudilər və onların yaxınları bu gündə Almaniya dövlətindən dəymiş ziyana görə, kompensasiya alırlar. Əslində soyqırım törədən cinayətkarların cəzalandırılması baxımından bütün bunlar yaxşı təcrübədir".

Cavid