İrəvanda Qarabağ bəyanatı qəbul edilməyəcək Siyasət

İrəvanda Qarabağ bəyanatı qəbul edilməyəcək

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin liderləri Dağlıq Qarabağ üzrə bəyanat qəbul etməyəcəklər.
TASS xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Daha əvvəl KTMT-nın Şurasının iştirakçı ölkələri tərəfindən Dağlıq Qarabağ münaqişəsi üzrə ayrıca bəyanatın qəbul ediləcəyi bildirilirdi.
Qeyd edək ki, bu gün Ermənistan prezidenti Serj Sarkisyanın iqamətgahında Kollektiv Təhlükəsizlik müqaviləsi Təşkilatı (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının iclası başlayıb.
Məlumata əsasən şuranın iclasında iştirak etmək üçün Qırğızıstan və Tacikistan prezidentləri ötən gün Ermənistanın paytaxtına gəlib. Bu gün isə İrəvana Rusiya və Belarus prezidentləri gəlib.
Qeyd edək ki, iclas zamanı əsas diqqət terrorizmlə mübarizə tədbirlərinə yönəldilib. KTMT-nin İrəvandakı iclasında nizamnamə orqanlarında sədrlik Ermənistandan Belarusa keçib.