4 Mart 2024 12:19
3 143
“Bloomberg” agentliyinin aylıq istisadi analitik hesabatında qeyd edilib ki, ABŞ-nin milli daxili məhsulu dinamik inkişaf mərhələsinə qədəm qoyub və Amerika bu göstəriciyə görə Çini üstələyib. Bu o deməkdir ki, Vaşinqton Pekinlə iqtisadi və maliyyə rəqabətində önə çıxmağa başlayıb”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. O, bildirib ki, Beynəlxalq Valyuta Fondu ABŞ-nin ötən il milli daxili məhsulunun 6.3 fazi artdığını qeydə alıb, Çində bu rəqəm isə 4.3 faizdir: “Bununla ABŞ dünyanın bir nömrəli iqtisadi gücü olduğunu sübut edib. Çin lideri Tsi Cinpin Rusiya lideri Vladimir Putinlə birgə çoxqütblü dünya formalaşdırmağa çalışır. Ona görə də ABŞ iqtisadiyyatının gücünü bir daha təsdiq etməsi Pekin və Moskva cütlüyü üçün pis xəbərdir. 2018-ci ildən ABŞ ilə Çin arasında ticarət müharibələri davam edir. Bir qrup ekspert bu mübarizəni kaptilaizmlə kommunizm arasındakı qarşıdurma kimi qiymətləndirir, tərəflərdən heç biri məğlub olmaq istəmir”.
26 İyul 11:26
1 064
25 İyul 15:36
1 407
25 İyul 14:04
1 421