ABŞ İsrail ordusunun Qəzza, Livan və Suriyadan çıxarılmasını tələb edir Gündəm

ABŞ İsrail ordusunun Qəzza, Livan və Suriyadan çıxarılmasını tələb edir

İsrailin baş nazir Binyamin Netanyahu hökumət nazirlərini məlumatlandırıb ki, ABŞ İsrail qoşunlarının Qəzza zolağından, Livan və Suriyadan çıxarılmasında təkid edir və o, Vaşinqtona bu məsələdə yox deyəcəyini bildirib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə mənbəyə istinadən İsrail televiziyasının 13-cü kanalı məlumat yayıb.

Onun məlumatına görə, Vaşinqton bu üç istiqamətdə İsrail qoşunlarının "bir sıra geri çəkilmələrində" maraqlı olduğunu bildirib. Bununla belə, telekanal qoşunların qismən, yoxsa tamamilə çıxarılmasından söhbət getdiyini dəqiqləşdirmir.

13-cü kanalın məlumatına görə, Netanyahu Amerika administrasiyasının tələbinə "müqavimət göstərmək niyyətində" olduğunu bəyan edib. Telekanal baş nazirin "Mən onlara yox deyəcəyəm" sözlərindən sitat gətirir.

Məryəm Quliyeva