Əraqçi: İran Hörmüz boğazının ağası olub və olacaq
13 İyul 22:45
13 İyul 22:45
4 Mart 2024 19:12
4 438
Pakistan Müsəlmanlar Liqasının sədri Şahbaz Şərif hökumət başçısı kimi and içib.
Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir.
Məlumata görə, Pakistanın 24-cü Baş naziri Şahbaz Şərifə Milli Məclisin (parlamentin Aşağı Palatası) 336 deputatından 201-i onun lehinə səs verib. Onun Pakistan hökumətinin başçısı postu uğrunda mübarizədəki rəqibi - Milli Assambleyanın yeni çağırışının deputatlarına müstəqil namizəd kimi daxil olmuş Ədalət Uğrunda Hərəkat Partiyasının baş katibi Ömər Əyyub Xan cəmi 92 səs toplayıb.
Qeyd edilir ki, Şahbaz Şərif 2022-ci ilin aprelindən 2023-cü ilin avqustunadək baş nazir olub. Parlament etimadsızlıq göstərdiyi üçün İmran Xan 2022-ci ilin aprelində bu vəzifədən uzaqlaşdırılıb.
2024-cü il fevralın 8-də Pakistan parlamentinə seçkilər keçirilib.
13 İyul 21:32
1 267
13 İyul 20:34
1 239
13 İyul 20:32
1 078