“Rusiya sülməramlılarının Qarabağdan çıxarılması mühüm beynəlxalq təhlükəsizlik, hərbi və siyasi hadisədir” Siyasət

“Rusiya sülməramlılarının Qarabağdan çıxarılması mühüm beynəlxalq təhlükəsizlik, hərbi və siyasi hadisədir”

“Rusiya sülməramlılarının Qarabağdan çıxarılmasına dair iki dövlət rəhbərinin razılaşaması mühüm beynəlxalq təhlükəsizlik, hərbi və siyasi hadisədir”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu millət vəkili Zahid Oruc Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib: “Əgər tarixə qayıtsaq, 1-ci Pyotrun 1712-ci il qərarından sonra Azərbaycan rəhbərləri-İbrahim xandan Elçibəyə qədər hamısı rus orduları ilə savaşdıqları üçün kütləvi itkilər vermişik, dövlətimiz çöküb və qətlə yetirilən, devrilən xanlardan vəzirovlara qədər, 20 yanvardan, Xocalıya kimi faciəli milli tarix yaratmışıq”.