XİN rəhbəri: Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları aradan qaldırılmalıdır Siyasət

XİN rəhbəri: Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları aradan qaldırılmalıdır

Azərbaycan və Ermənistan arasında faktiki olaraq sülh bərqərar olub. Bu, ən önəmli məqamdır.

Bunu xarici işlər naziri Ceyhun Bayramov Bakıda İsveçrə Konfederasiyasının federal xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri İqnatsio Kassis ilə birgə mətbuat konfransında deyib.

“Nəhayət, sülh sazişinin imzalanmasına gəldikdə, bununla bağlı Azərbaycanın mövqeyi bəllidir. Ermənistan konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddiaları aradan qaldırılmalıdır və bununla da yekun sülh sazişinin imzalanması mümkündür”, - XİN rəhbəri vurğulayıb.