13:54
406
İsveçrəli həmkarımla görüşdə Ermənistanla normallaşma istiqamətində ötən il Vaşinqton sammitinin əhəmiyyətini vurğuladım.
Bunu xarici işlər naziri Ceyhun Bayramov Bakıda İsveçrə Konfederasiyasının federal xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri İqnatsio Kassis ilə birgə mətbuat konfransında deyib.
“Orada qəbul edilmiş sənədlər sırasında, təbii ki, liderlərin imzaladığı Birgə Bəyannamə, sülh sazişinin paraflanması, o cümlədən Azərbaycanla Ermənistanın ATƏT-ə üzv ölkələrə keçmiş münaqişə ilə bağlı Minsk qrupu təsisatlarının ləğvi üçün birgə müraciətini qeyd edə bilərik. Bu proses ötən ilin dekabr ayında ATƏT çərçivəsində tam həll olundu. Bu təsisatlar ləğv olundu və belə demək olarsa, ATƏT məkanında bir münaqişəyə son qoyuldu. Hesab edirik ki, bu, ötən il ATƏT kontekstində ən əhəmiyyətli inkişafdır”, - Ceyhun Bayramov vurğulayıb.
14:24
252
14:17
308
14:03
399