“Rusiya heç vaxt Azərbaycana qarşı hərbi addlm ata bilməz” Siyasət

“Rusiya heç vaxt Azərbaycana qarşı hərbi addlm ata bilməz”

"Rusiya ilə birləşmiş qoşun qruplaşmasının yaradılması təşəbbüsü Ermənistana məxsusdur. Ermənistan bununla öz qoşunlarını Rusiyanın tabeçiliyinə keçirir". Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu Rusiya və Ermənistanın birgə qoşun qruplaşması yaratmasına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, qoşun birləşməsinin başında erməni generallarının dayanması, əmri erməni hərbçilərinin verməsi mümkün deyil: "Bu, Rusiyanın qoşunu olacaq və onlar heç vaxt erməni generalının, hərbçisinin əmri ilə öz maraqlarının əksinə addım atmayacaqlar".
Politoloqun sözlərinə görə, Dmitri Medvedevin prezidentliyi dönəmində Azərbaycanla Rusiyanın münasibətləri yüksək səviyyədə idi: "Medvedev hətta Dağlıq Qarabağ məsələsində tamamilə ədalətli, Azərbaycanın maraqlarına uyğun mövqe tutmuşdu. Amerikalı həmsədr Uorlikin etirafına görə, 2009-cu il İtaliyanın Akvil şəhərində G-8 sammiti zamanı qəbul edilən "Yenilənmiş Madrid Prinsiplərinin" müəllifi RF prezidenti D.Medvedev idi. "Yenilənmiş Madrid Prinsiplərinin" birinci maddəsi Dağliq Qarabağ ətrafındakı rayonların Azərbaycanın nəzarətinə qaytarılmasını nəzərdə tutur. Sarkisyan Medvedevi neytrallaşırmaq, onun Azərbaycana meyillənməsinin qarşısını almaq üçün dərhal Rusiyanın Ermənistandakı hərbi bazasının müddətini 49 ilədək uzatmaq təklifini verdi. 2010 cu ildə bu reallaşdırıldı. İndi də Rusiya Ermənistana təzyiq edir ki, Qarabağı Azərbaycana qaytarsın. Hətta belə söz var ki, Moskva Ermənistanı Qarabağa gedən Rusiya qazını dayandırmağa məcbur edir. İndi bunun qarşısını almaq üçün Ermənistan nəyi varsa Rusiyaya birləşdirmək planını işə salıb. İrəvanın Qarabağ məsələsində ikibaşlı oyunları Rusiyanın da xoşuna gəlmir, ona görə də Moskva birgə qoşun qruplaşması yaratmaq təklifini qəbul etdi. Hesab edirəm ki, bu, Ermənistan üçün müvəqqəti, sakitləşdirici addımdır. Azərbaycan Dağlıq Qarabağı işğaldan azad edəcək, dövlət başçısının qətiyyəti ortadadır. İstənilən yolla Qarabağ işğaldan azad olunacaq".
M.Əhmədoğlunun fikrincə, birləşmiş qoşun qruplaşmasının yaradılmasının Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə təsiri olmayacaq: "Düzdür, biz prosesi analiz edənə kimi müəyyən qədər vaxt itkisi, yubanma ola bilər. Rusiyanın Ermənistanla bağlı siyasətində əsas konsepsiya budur ki, Ermənistana beynəlxalq aləmdə tanınmış sərhədləri daxilində təhlükəsizliklə bağlı nə lazımdır edilir, amma özgənin torpaqlarında işin olmasın,Dağlıq Qarabağdan çıx.
Qoşunların birləşdirilməsindən daha çox Gürcüstan narahat olmalıdır. Çünki Qərb Gürcüstanda hərbu baza yaratmaq istəyir, NATO, ABŞ gəmiləri tez- tez Qara dəniz limanlarına yan alır. Orda 3-4 aydan bir NATO-nun hərbi təlimləri keçirlir. Birgə ordunun fəaliyyətə başlaması Qərbə, Gürcüstana, NATO-ya qarşı olacaq. Rusiya heç vaxt Azərbaycana qarşı hərbi, yaxud digər addlm ata bilməz, Qarabağ məsələsində bizə təzyiq edə bilməz, Rusiya münaqişənin dinc yolla tənzimlənməsinin tərəfdarıdır".