“Azərbaycan dövləti öz milli qərarvermə modelini qoruyub”
1 Noyabr 12:48
1 Noyabr 12:48
31 Oktyabr 17:08
31 Oktyabr 16:39
19 İyun 2024 11:41
2 989
COP 29-un keçirilməsi ilə bağlı hazırlıq işləri intensiv şəkildə davam etdirilir.
APA xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O bildirib ki, bununla əlaqədar Prezidentin sərəncamına uyğun olaraq, təşkilat komitəsi yaradılıb:
“Təşkilat komitəsinə Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev tərəfindən sədrlik edilir. Azərbaycan təcrübəsində burada dövlət sektoru ilə bərabər vətəndaş cəmiyyəti sektoru, media sektoru nümayəndələri iştirak edirlər. Bu əsnada koordinasiya işləri bütün sahələri əhatə edir. Eyni zamanda beynəlxalq tərəfdaşlarla da işlər aparılır. Azərbaycanın COP 29-la bağlı komandası çox peşəkar olaraq fəaliyyətini davam etdirir. COP təcrübəsi onu da göstərir ki, beynəlxalq məşvərətçi qruplarla da, akademiklərlə də yaxından işləmək çox vacibdir. Onların fikirləri və tövsiyələri çox ciddi şəkildə nəzərə alınır. Qlobal miqyasda iqlim dəyişikliyi prosesində yaxından iştirak edən mütəxəssislərdən ibarət beynəlxalq məşvərətçi qrup yaradılıb”.
1 Noyabr 17:13
1 036
1 Noyabr 16:44
1 190
1 Noyabr 15:37
1 218