“Rəsmi Bakı heç vaxt ərazisindən region ölkələrinə qarşı istifadə etməyə imkan verməz” Siyasət

“Rəsmi Bakı heç vaxt ərazisindən region ölkələrinə qarşı istifadə etməyə imkan verməz”

“Azərbaycan regional sülhə, təhlükəsizliyə önəm verən, bunu dövlətin xarici siyasətinin prioriteti halına gətirən ölkədir. Rəsmi Bakı heç vaxt ərazisindən region ölkələrinə qarşı istifadə etməyə imkan verməz. Ölkənin quru, hava və su sərhədləri də heç bir ölkəyə hücum və ya hərbi fəaliyyətə açıq deyil”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu politoloq Turan Rzayev deyib. O, bildirib ki, İrsailin “Kan” teleradio şirkətinin yaydığı xəbərdə İsrail ordu rəhbərliyinin hərbi qulluqçularına Azərbaycan və Gürcüstanda qalmağı qadağan etdiyi deyilir: “Burada hərbi qulluqçu deyərkən mütləq şəkildə kontingent mənsubundan söhbət getmir. Səfirliklər, diplomatik korpusun təhlükəsizliyini qoruyan şəxslər də hərbçi və ya hərbi təyinatlı şəxs olur.
Vyana Konvensiyasına görə, səfirlik və diplomatik korpusun təhlükəsizliyini ya səfirliyin yerləşdiyi ölkə, ya səfirliyi açan ölkə, ya da hər ikisi birlikdə qoruyur. Mümkündür ki, xəbərdə qeyd olunan hərbçilər elə məhz səfirliyi qoruyan təhlükəsizlik qüvvələridir və sayları bir neçə nəfərdir. Lakin İsrailin Azərbaycandakı səfirliyinin mühafizəsində israilli hərbçilərin yer alması da təsdiqlənmir”.