Arzuxan Əlizadə: TRIPP-in icrası sülh gündəliyinin mühüm elementidir
22 Sentyabr 18:27
22 Sentyabr 18:27
22 Sentyabr 18:26
22 Sentyabr 17:04
22 Sentyabr 17:02
Rubio: "Ukrayna münaqişəsi danışıqlar masası arxasında həll olunacaq"
Ərdoğan: Qara dənizdə ticarət gəmilərinə hücumlar qəbuledilməzdir
Arzu Nağıyev: Bakı Təhlükəsizlik Forumu ortaq təhdidlərə qarşı əməkdaşlıq üçün unikal platformadır
Bakı Dövlət Universitetində dərslər üç gün distant təşkil olunacaq
13 Sentyabr 2024 18:00
6 055
Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında növbədənkənar parlament seçkiləri ilə əlaqədar 86 saylı Ağcabədi Seçki Dairəsindən Ağ Partiyanın namizədi Cavid Hacıbəylinin müraciətlərinə baxılıb.
APA xəbər verir ki, müraciət üzrə 7 saylı seçki məntəqəsində səsvermənin nəticələri etibarsız sayılıb.
7 saylı seçki məntəqəsi istisna ilə, DSK-nın qərarı qüvvədə saxlanılıb.
***
saat 17.11
Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında növbədənkənar parlament seçkiləri ilə əlaqədar 17 saylı Yasamal Üçüncü Seçki Dairəsindən qeydə alınan namizəd Aydın Əbilovun, 22 saylı Nəsimi-Yasamal seçki Dairəsindən qeydə alınan namizəd Cahandar İsmayılovun (Bayoğlu), 120 saylı Cəbrayıl-Qubadlı Seçki Dairəsindən namizəd Sərdar İsmayılovun və 21 saylı Nəsimi-Binəqədi Seçki Dairəsindən Müsavat Partiyasından qeydə alınmış namizəd Gülağa Aslanlının müraciətlərinə baxılıb.
APA xəbər verir ki, MSK 3 namizədin müraciətini təmin etməyib, DSK-ların qərarları qüvvədə saxlanılıb.
21 saylı Nəsimi-Binəqədi Seçki Dairəsindən Müsavat Partiyasından qeydə alınmış namizəd Gülağa Aslanlının müraciəti üzrə isə bir məntəqədə - 30 saylı seçki məntəqəsində səsvermənin nəticələrini etibarsız sayılıb. Bu məntəqə xaric, DSK-nın qərarı qüvvədə saxlanılıb.
97 saylı Tərtər-Ağdərə-Goranboy seçki dairəsindən qeydə alınan namizəd Şəhriyar Məcidzadənin müraciəti ilə əlaqədar 3, 4, 18 saylı seçki məntəqələrində səsvermənin nəticələri etibarsız sayılıb. Bu 3 məntəqə istisna ilə, DSK-nın qərarı qüvvədə saxlanılıb.
22 Sentyabr 19:22
924
22 Sentyabr 19:20
812
22 Sentyabr 18:28
861