Venesuelada zəlzələdən sonra yeni yeraltı təkanlar gözlənilir
Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisi açılacaq
Tramp: ABŞ zəlzələdən zərər çəkmiş Venesuelaya kömək etməyə hazırdır
Britaniya "Smyrtos" tankerindən satacağı neftin vəsaitini Ukraynaya verməyi planlaşdırır
Dünya bazarlarında "WTI" neftinin qiyməti 70 dollardan aşağı enib
25 Sentyabr 2024 15:36
3 304
Sentyabrın 25-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov "ADEX" 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində ölkəmizdə səfərdə olan Belarus Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi - müdafiə nazirinin birinci müavini general-mayor Pavel Muraveyko ilə görüş keçirib.
Müdafiə Nazirliyindən APA-ya verilən xəbərə görə, görüşdə Azərbaycanla Belarus arasında hərbi sahədə ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyi qeyd olunub, mövcud əlaqələrin genişləndirilməsi müzakirə edilib.
Tərəflər həmçinin regional təhlükəsizlik və maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar.
Daha sonra general-polkovnik Z.Həsənov Belarus Respublikasının Dövlət Hərbi Sənaye Komitəsinin sədri Dmitriy Pantus ilə görüşüb.
Görüşdə hərbi-texniki əməkdaşlığa dair maraq doğuran bir sıra məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparılıb.
24 İyun 23:43
1 589
24 İyun 18:57
1 848
24 İyun 17:58
1 925