“Bu təyinat ölkədə siyasi stabilliyi möhkəmləndirəcək” Siyasət

“Bu təyinat ölkədə siyasi stabilliyi möhkəmləndirəcək”

Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması ölkədə siyasi stabilliyi möhkəmləndirəcək və riskləri minimuma endirəcək.
Bunu Rusiya Prezidentinin səlahiyyətli nümayəndəsi, Rusiya İctimai Palatasının üzvü, politoloq Sergey Markov deyib.
Onun sözlərinə görə, bu təyinat dövlətçiliyin möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır:
"Daxili sistemdə hər hansı bir dəyişiklik baş verməyəcək. Mehriban Əliyeva həmişə ölkənin ictimai və siyasi həyatında fəal rol oynayıb".