30 Oktyabr 18:52
30 Oktyabr 17:33
İran “Telegram”ın fəaliyyətinin bərpası üçün danışıqlara başlayıb
Gürcüstanda keçmiş nazirin evində axtarış aparılıb, müavini saxlanılıb
Zelenski Ukraynada hərbi vəziyyəti fevralın 3-nə qədər uzadıb
“Bu hadisə Azərbaycanın əleyhinə yönəlmiş təxribat xarakteri daşıyır”
Arvadına zor tətbiq edilməsi ilə bağlı saxlanılan şəxs barəsində qərar verilib
28 Noyabr 2024 11:08
3 871
“Andjey Duda bir ölkə prezidenti olaraq və beynəlxalq münasibətlərin ikinci subyekti kimi Ermənistanla əlaqələri hansı şəkildə qurması öz işidir. Ancaq bu münasibətlər elə qurulmalıdır ki, üçüncü ölkələrin maraqlarına toxunmasın”.
Bunu xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Deputat vurğulayıb ki, A.Dudanın Ermənistanda səfəri zamanı Azərbaycanla sərhədə gəlməsi, beynəlxalq hüquqa qarşı təxribat törədən, sülhə qarşı “binokl diplomatiyası” həyata keçirən Avropa Birliyinin monitorinq missiyası ilə görüşməsi, həm beynəlxalq hüquq baxımından, həm də Azərbaycan-Polşa münasibətləri baxımından başa düşülən, izah edilən deyil: “Ona görə də mən düşünürəm ki, bu, gələcəkdə Azərbaycan-Polşa münasibətlərinin perspektivlərinə də kölgə sala bilər. Belə məsələlərdə, istər Avropada, istər bütün dünyada münasibətlərin gərgin olduğu bir vaxtda Cənubi Qafqaz kimi kiçik bir regionda əlavə gərginlik yaratmaq düzgün davranış deyil. Üstəlik Polşa Şərqi Avropada baş verən müharibənin, gərginliyin tam da mərkəzində olan ölkədir”.
H.Babaoğlu bildirib ki, bu davranışın bir şəkildə izahatı olmalıdır: “Buna Polşanın diplomatik institutları bir açıqlama gətirməlidirlər. Amma bütün hallarda bu cür hərəkətlərin heç bir bəraəti yoxdur. Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında da bu, əksini tapıb. Ümid edirəm ki, gələcəkdə Azərbaycan-Polşa münasibətlərinin nə qədər həssas və hər iki ölkə üçün zəruri olduğunu Polşada daha diqqətlə nəzərə alacaqlar”.
Röya İsrafilova
30 Oktyabr 18:54
1 064
30 Oktyabr 18:42
1 456
30 Oktyabr 17:24
1 246