
Nepalda Simrik Hava Yollarının binası yandırılıb
9 Sentyabr 17:13
9 Sentyabr 17:13
9 Sentyabr 16:30
9 Sentyabr 14:23
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Xarici işlər naziri Ceyhun Bayramov ilə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) yeni təyin olunmuş baş katibi Firudin Hadi Sinirlioğlu arasında telefon danışığı baş tutub.
Bu barədə Xalqcebhesi.az-a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.
Qeyd olunub ki, telefon danışığı zamanı C.Bayramov Türkiyə Xarici İşlər Nazirliyində böyük diplomatik təcrübəyə malik səfir Firudin Sinirlioğlunun yekdilliklə ATƏT baş katibi təyin olunması münasibətilə səmimi təbriklərini çatdırıb, ona bu əhəmiyyətli fəaliyyətində davamlı uğurlar arzulayıb.
Azərbaycanın ATƏT ilə əməkdaşlığa verdiyi önəm baş katibin diqqətinə çatdırılıb. Tərəflər ATƏT çərçivəsində əməkdaşlıq gündəliyinin müxtəlif məsələləri və perspektivləri üzrə fikir mübadiləsi aparıblar.