11 Fevral 2025 23:07
3 269
Avropa Birliyinin Ermənistandakı “müşahidə missiyası”nın Azərbaycanla şərti sərhəddə avantürist addımları davam edir.
Xalqcebhesi.az Report-a istinadən xəbər verir ki, bu dəfə daha bir qrup Qazax və Qubadlı rayonu istiqamətinə gəlib.
Görüntülərdən aydın olur ki, Ermənistanla Azərbaycan arasındakı şərti sərhədə yerləşdirilən AB missiyasının üzvləri durbinlə Azərbaycan ərazilərini müşahidə ediblər.
Qeyd edək ki, Azərbaycan tərəfi missiyanın fəaliyyətini diqqətlə izləyir. Rəsmi Bakı bu missiya ilə bağlı dəfələrlə narazılığını bildirib, onun Azərbaycanla razılaşdırılmadan fəaliyyət göstərdiyini bəyan edib.
26 Mart 11:09
1 666
25 Mart 17:31
1 911
25 Mart 15:12
1 953