Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
Ceyhun Bayramov Nyu-Yorkda “77-lər qrupu və Çin”in 50-ci nazirlər toplantısında çıxış edib
Prezident İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verib
AIIF 2026: Cənubi Qafqaz-Mərkəzi Asiya əməkdaşlığı mövzusunda panel sessiya keçirilib
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Orta Dəhliz müzakirə olunub
14 Mart 2025 12:49
5 810
Avropa İttifaqı Ermənistan və Azərbaycanın Sülh və Dövlətlərarası Münasibətlərin qurulması haqqında Saziş layihəsi üzrə danışıqların yekunlaşması ilə bağlı verdiyi müvafiq bəyanatları alqışlayır.
APA xəbər verir ki, bu barədə Avropa İttifaqının rəsmi saytında məlumat dərc edilib.
"Biz hər iki tərəfi son bir neçə ildə bu istiqamətdə həm ikitərəfli yolda, həm də beynəlxalq ictimaiyyətin iştirakı ilə apardıqları əzmkar işlərə görə alqışlayırıq", - bəyanatda qeyd edilib.
Aİ hər iki tərəfin son illərdə bu istiqamətdə apardığı səyləri yüksək qiymətləndirib: "Bu bəyanatlar regionda davamlı sülh və təhlükəsizliyə doğru atılan mühüm addımlardır. Prosesin uğurla başa çatması üçün hər iki tərəfin eyni dərəcədə konstruktiv və kompromis yönümlü yanaşma sərgiləməsi vacibdir. Avropa İttifaqı Ermənistan və Azərbaycan arasında normallaşma prosesini tam dəstəkləyir və tərəflərin müraciəti halında əlavə dəstək və ekspertiza göstərməyə hazırdır".
Qeyd edək ki, Azərbaycan XİN bəyanat yayaraq Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşdığını bildirib.
09:00
490
25 Sentyabr 20:55
742
25 Sentyabr 19:20
777