“Yeni mexanizm dövlət idarəçiliyində xalqın iştirakına yönəlib” Siyasət

“Yeni mexanizm dövlət idarəçiliyində xalqın iştirakına yönəlib”

Məlahət İbrahimqızı: "Əminəm ki, bu islahatlar davamlı olacaq"

"Ölkəmizdə bütün sahələrdə struktur dəyişiklikləri, eləcə də çevik idarəçilik sahəsində aparılan islahatlar daha effektli və daha çevik qərarların verilməsi, sənədlərin hazırlanması və icrası üçün vacibdir". Bunu Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib. Deputat bildirib ki, Prezident İlham Əliyev hakimiyyətə gələndən sonra ölkəmizdə müasir dünyanın idarəçiliyi və standartlarına uyğun olaraq müxtəlif sahələrdə islahatlar aparılır, şəffaf hökumət, eləcə də insanların hökumətə əl çatanlığının təmin edilməsi sahəsində mühüm işlər görülür: "Son günlər Prezident İlham Əliyevin bu istiqamətdə imzaladığı Sərəncamlar da göstərir ki, islahatlar dayanmadan aparılır. Bu da təbii ki, Azərbaycan prezidentinin yüksək idarəçilikdə zəngin təcrübəsi və güclü diplomatiyasının nəticələrdir". Ölkəmizdə struktur dəyişikliklərinin xalq və cəmiyyət tərəfindən də müsbət qarşılandığını deyən M. İbrahimqızı söyləyib ki, aparılan islahatlar xalqın mənafeyinə xidmət edir: "Yeni mexanizm qarşıya qoyulan vəzifələri daha effektiv şəkildə icra etməyə, eləcə də dövlət idarəçiliyində xalqın iştirakına yönəlib. Əminəm ki, bu islahatlar davamlı olacaq".