“Neft ixracı sülh yolunu açır”
9 Yanvar 22:15
9 Yanvar 22:15
9 Yanvar 22:05
9 Yanvar 21:59
9 Yanvar 21:45
Ruslan Məmmədov "Combat" Peşəkar Döyüş Liqasının prezidenti seçildi!
Qüdrət Həsənquliyev: “Fransa, Almaniya və Britaniya vahid mövqedən çıxış etsə…”
Beyləqanda 15 yaşlı uşağa qarşı seksual hərəkətlər edən 5 nəfər şübhəli şəxs saxlanılıb
Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası yola salınıb - FOTOLENT
11 Oktyabr 2025 18:09
3 045
Son illər ərzində Qarabağda baş verən inkişafı görmək həqiqətən heyrətamizdir.
APA xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Ronen Kraus Zəngilana səfəri çərçivəsində mətbuata açıqlamasında deyib.
O, Qarabağa ilk dəfə səfər etdiyini bildirib: “Mən bu səfərə görə son dərəcə həyəcanlıyam. Dünən Füzulidə olduq, müxtəlif yerləri ziyarət etdik və Şuşada gecələdik. Bu şəhər haqqında uzun illərdir eşidirdim, öz gözlərimlə görmək məni xüsusilə həyəcanlandırdı. Bu gün isə Qarabağı kəşf etməyə davam edirik və hazırda Zəngilandayırıq. Prezident İlham Əliyevlə ilk görüşüm zamanı bildirmişdim ki, Qarabağa ən qısa zamanda səfər etməyi planlaşdırıram və bu fürsəti əldə etdiyimə, bu çox təsirli və gözəl yeri ziyarət edə bildiyimə görə çox şadam”.
Səfir deyib ki, son illər ərzində Qarabağda baş verən inkişafı görmək heyrətamizdir: “Səfərlərimiz zamanı köhnə kəndlərin qalıqlarını - əsasən xarabalıqları - gördük. Onların yanında isə yeni infrastruktur, yeni yaşayış məntəqələri, kəndlər, binalar və vətənlərinə qayıdan insanlarla qarşılaşırıq. Köhnə və yeninin bu şəkildə birləşməsi olduqca unikal bir mənzərədir.
İnanıram ki, Azərbaycanın səyləri və Qarabağa davam edən sərmayələr nəticəsində infrastruktur daha da genişlənəcək - yollar, körpülər, tunellər olduqca təsirli görünür və bunların inkişafı davam edəcək. Əminəm ki, illər sonra daha çox insan öz doğma Qarabağ torpaqlarına geri dönəcək və orada yenidən məskunlaşacaq”.
Qeyd edək ki, Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə keçirilən “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda beynəlxalq konfransın iştirakçıları ötən gün Ağdərə və Şuşada olub, bu gün isə Zəngilana səfər ediblər.
11 Yanvar 16:29
3 213
10 Yanvar 21:27
1 967
10 Yanvar 17:11
1 799