16 Mart 19:53
16 Mart 19:28
17 Fevral 14:16
2 345
“Azərbaycanın Serbiya ilə münasibətlərini genişləndirməsi təkcə ikitərəfli əməkdaşlıq çərçivəsində qiymətləndirilməməlidir. Bu proses Bakının son illərdə formalaşdırdığı geoiqtisadi strategiyanın davamıdır”.
Bunu xalqcebhesi.az-a açıqlamasında siyasi şərhçi Alim Nəsirov deyib.
Siyasi şərhçi qeyd edib ki, Azərbaycan artıq enerji resurslarını sadəcə ixrac edən ölkə deyil, həm də kapital və infrastruktur layihələri vasitəsilə yeni bazarlarda möhkəmlənən aktora çevrilib: “Balkan istiqamətində aktivləşmə göstərir ki, Bakı Avropa enerji təhlükəsizliyi arxitekturasında rolunu genişləndirmək niyyətindədir və bu istiqamətdə konkret addımlar atır”.
A.Nəsirov eləcə də bildirib ki, Serbiya ilə əməkdaşlıq Azərbaycanın artan iqtisadi gücünün və siyasi manevr imkanlarının nəticəsidir: “Enerji ixracının artırılması, birgə istehsal və investisiya layihələrinin gündəmə gəlməsi Bakının artıq regional təşəbbüskar kimi çıxış etdiyini göstərir. Bu, həm də Azərbaycanın postmüharibə dövründə möhkəmlənmiş iqtisadi dayanıqlığının xarici siyasətdə praktik nəticəyə çevrilməsidir. Balkanlarda mövqe qazanmaq Azərbaycanın geosiyasi çəkisini artırır və onu daha geniş Avrasiya məkanında təsir imkanlarına malik aktora çevirir”.
Röya İsrafilova
16 Mart 19:12
1 015
16 Mart 17:50
1 015
16 Mart 17:21
1 148