BMT rəsmisi: Milyonlarla gənc adekvat mənzil çatışmazlığı və iqlim böhranının təsirini yaşayır Hadisə

BMT rəsmisi: Milyonlarla gənc adekvat mənzil çatışmazlığı və iqlim böhranının təsirini yaşayır

Milyonlarla gənc və uşaq adekvat mənzil çatışmazlığından əziyyət çəkir, qeyri-rəsmi məskunlaşma ərazilərində yaşayır və iqlim dəyişikliklərinin təsirlərinə məruz qalır.

Bunu WUF13 çərçivəsində “Uşaqlar və gənclər” mövzusunda keçirilən dəyirmi masa zamanı BMT-nin Gənclərlə iş üzrə Baş katibi Felipe Paullier videomüraciətdə deyib.

O qeyd edib ki, iqlim dəyişiklikləri artıq təkcə potensial təhdid deyil, biz bunu real şəkildə görürük və bu, icmalarımıza təsir göstərir.

“Dünyanın hər yerində müxtəlif gənclər bu fəsadları müşahidə edir, bir araya gəlir, öz icmalarını qorumağa çalışır və yaradıcı, innovativ həllər təklif edirlər. Lakin real güc qərarlardan, güclü institutlardan və düzgün idarəetmədən gəlir.

Sonda vurğulayıram ki, birlikdə elə şəhərlər qurmalıyıq ki, təkcə yaşanılabilən deyil, həm də gənclərə və hamımıza aid olan şəhərlər olsun”,-deyə o vurğulayıb.