Anaklaudia Rossbax: WUF13-də ilk dəfə dövlət başçıları mənzil siyasətini birgə müzakirə ediblər
Azərbaycan və Dünya Bankı “Yaşanıla bilən Bakı” layihəsi üzrə hazırlıq işlərini müzakirə edib
ADB: Ənənəvi maliyyələşmə modelləri ada dövlətlərində işləmir
Ukrayna təmsilçisi: Bərpa prosesi yalnız ölkələr arasında əməkdaşlıq sayəsində mümkün ola bilər
AK Ukraynadakı münaqişənin 2026 və 2027-ci illərdə də davam edəcəyini gözləyir
13:51
581
Sakit Okean adaları iqlim riskləri ilə üz-üzədir.
Bunu WUF13 çərçivəsində keçirilən “Kiçik Ada İnkişaf Etməkdə Olan Dövlətlərdə inklüziv şəhər dayanıqlılığı, mavi iqtisadiyyat və davamlı turizm” mövzusunda xüsusi sessiyada Papua-Yeni Qvineyanın mənzil və şəhərsalma naziri Kobbi Barmor deyib.
Nazir bildirib ki, Papua-Yeni Qvineya və digər Sakit Okean ada dövlətləri dəniz səviyyəsinin yüksəlməsi və iqlim dəyişikliyinin təsirləri ilə üzləşirlər.
Kobbi Barmor qeyd edib ki, urbanizasiya və mənzil təminatı ilə bağlı problemlər bu çağırışları daha da artırır, bir çox ada icmasının isə köçmək imkanı yoxdur.
Onun sözlərinə görə, Sakit Okean ölkələri bu məsələlərdə vahid mövqedən çıxış edir və beynəlxalq dəstəyə ehtiyac duyur.
Nazir beynəlxalq tərəfdaşları yerli bilik və təcrübədən istifadə etməyə çağıraraq, iqlimə uyğunlaşma tədbirlərinin yerli icmalarla birlikdə hazırlanmasının vacibliyini vurğulayıb.
14:27
231
14:13
455
13:51
595