Milli Məclisin sədri Cənubi Afrika Respublikasına səfərə gəlib Siyasət

Milli Məclisin sədri Cənubi Afrika Respublikasına səfərə gəlib

Milli Məclisin sədri Sahibə Qafarova Cənubi Afrika Respublikasına səfərə gəlib.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Yohannesburq Beynəlxalq Hava Limanında Milli Məclisin sədrinin başçılıq etdiyi nümayəndə heyətini Azərbaycanın Cənubi Afrika Respublikasındakı müvəqqəti işlər vəkili Hüseyn Rəhimli və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarovanın Pan-Afrika Parlamentinin Milli və Regional Parlamentlərin Sədrlərinin Konfransında iştirakı, həmçinin bir sıra görüşləri nəzərdə tutulub.

Milli Məclisin sədri Cənubi Afrika Respublikasına səfərə gəlib