Türkiyə F-35-ləri almaq üçün şərtləri yerinə yetirməyib Gündəm

Türkiyə F-35-ləri almaq üçün şərtləri yerinə yetirməyib

Dövlət Departamenti iyulun 22-də Konqresə məktub göndərərək Türkiyənin F-35 qırıcı təyyarələrinin ona satılması üçün lazımi tələblərə hələ də cavab vermədiyini bildirib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə sənədə sahib olan "Fox News" telekanalı xəbər verib.

Məktubda qeyd olunub ki, Ankara Rusiyaya məxsus S-400 HHM sistemlərinə və onlarla bağlı avadanlıqlara sahib olduğu, həmçinin gələcəkdə onları əldə etməyəcəyinə dair öhdəlik götürmədiyi və "Konqres tərəfindən müəyyən edilmiş digər sertifikatlaşdırma tələblərini" yerinə yetirmədiyi müddətcə ABŞ qanunvericiliyi F-35-lərin Türkiyəyə verilməsini qadağan edir. Dövlət Departamentinin Kapitoliyə göndərdiyi sənəddə "Türkiyə hələlik bu şərtlərə cavab vermir", — deyə bildirilib.

Məryəm Quliyeva