"Putin üzərində ciddi bir təsiri olmur" Dünya

"Putin üzərində ciddi bir təsiri olmur"

Bildirilir ki, Donald Trampla görüşü zamanı Vladimir Zelenski Rusiya ballistik raketlərini vurmaq imkanı əldə etmək məqsədilə, qış dövrünü təmin etmək üçün "Patriot" sistemləri üçün azı 300 ədəd PAC-3 tipli raket-əleyhinə raket (interseptor) tələb edib. Bu tələb, şübhəsiz ki, əsaslıdır. Lakin belə bir sual yaranır: bu raket-əleyhinə raketlər yalnız qış mövsümü üçün lazımdırmı? Rusiya Ukraynaya məhz indi, bu an ballistik raketlərlə hücum edir. Biz hər gecə hücum gözləyirik; sayıqlığı əldən vermək olmaz

Bunu xalqcebhesi.az-a Ukrayna Ali Radasının sabiq deputatı Artur Bilous deyib.

"Amerikalıların bu raketləri təmin edib-etməyəcəyi, yaxud onları hansı miqdarda və nə vaxt verəcəyi, eləcə də Trampın buna necə reaksiya verdiyi barədə heç bir məlumat yoxdur. Axı bu raketlərin təchizatı tələbata uyğunlaşa bilmir; xüsusilə də ona görə ki, onların əhəmiyyətli bir hissəsi Yaxın Şərqdəki hərbi əməliyyat zonasında yerləşdirilib. Bundan əlavə, hətta ən yaxşı halda belə, bu raketlər yaxınlaşan ballistik hədəflərin yalnız təxminən yarısını zərərsizləşdirə bilir. Üstəlik, əsas şəhərlərimizin hamısı "Patriot" sistemləri ilə qorunmur; paytaxt ən yaxşı müdafiə olunan şəhər olsa da, o belə dəfələrlə zərbələrə məruz qalıb" - o, qeyd edib.

Bilous deyib ki, "Xizəyi yayda hazırla" — bu prinsip düşmən hücumlarına qarşı müdafiəyə də şamil edilir və tamamilə doğrudur. Bununla belə, ən yaxşı müdafiə müharibəyə son qoymaq olardı. Ümid etmək olar ki, əsas diqqət məhz diplomatiyaya və danışıqların bərpasına yönəldiləcək. Əgər qışa qədər heç olmasa hava zərbələrinin dayandırılmasına nail olmaq mümkün olsa, bu, əhəmiyyətli bir irəliləyiş sayılardl: "Düzdür, qarşı tərəf hazırda buna belə razılaşmaq istəmir. Lakin hər hansı bir yol addım-addım qət edilir; biz sülh təşəbbüslərimizi çox daha böyük əzmkarlıqla irəli sürməliyik.

Düşməni sülhə məcbur etmək vasitəsi kimi sadəcə "uzunmüddətli sanksiyalar"a vurğu etməkdənsə... Onlar Kremlə təsir göstərmir, buna görə də Putin üzərində ciddi bir təsiri olmur".

Cavid