09:05
742
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH, İran Silahlı Qüvvələrinin elitar bölmələri) Kuveytdəki "Əhməd əl-Cabir" aviabazasında yerləşən qırıcı anqarlarına, peyk rabitəsi sistemlərinə və avadanlıq anbarlarına hücum edildiyini məlumat verib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İran ordusunun mətbuat xidməti məlumat yayıb.
"İran ordusunun pilotsuz uçuş aparatları Kuveytdəki "Əhməd əl-Cabir" bazasında yerləşən qırıcı aerodromuna, peyk rabitəsi sistemlərinə və avadanlıq anbarlarına zərbələr endirib", — deyə bildirilib.
Bəyanatda vurğulanır ki, Kuveytdəki aviabaza ABŞ tərəfindən həyata keçirilən hava kəşfiyyatı və dəstək əməliyyatlarında mühüm rol oynayır və Amerika ordusu üçün hava dəstəyinin təmin edilməsində əsas mərkəzlərdən biridir.
Məryəm Quliyeva