Prezidenti İlham Əliyev: Azərbaycan–Qırğızıstan Birgə İnvestisiya Fondunun nizamnamə kapitalı iki dəfə artırılacaq Siyasət

Prezidenti İlham Əliyev: Azərbaycan–Qırğızıstan Birgə İnvestisiya Fondunun nizamnamə kapitalı iki dəfə artırılacaq

Azərbaycan–Qırğızıstan Birgə İnvestisiya Fondunun nizamnamə kapitalının iki dəfə artırılaraq 500 milyon ABŞ dollarına çatdırılması barədə razılıq əldə olunub.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarovla birgə mətbuat konfransında deyib.

“Bu gün Azərbaycan–Qırğızıstan Birgə İnvestisiya Fondunun nizamnamə kapitalının iki dəfə artırılaraq 500 milyon ABŞ dollarına çatdırılması barədə razılığa gəldik. Əminəm ki, bu da son hədd deyil. Çünki fondun fəaliyyəti ilə bağlı bizə təqdim olunan məlumat göstərir ki, onun fəaliyyəti konkret məzmunla zənginləşir. Qırğızıstanda həyata keçirilən çoxsaylı layihələr birgə istehsal müəssisələrinin yaradılmasına, yeni iş yerlərinin açılmasına və əməkdaşlığımızın iqtisadi potensialının möhkəmləndirilməsinə xidmət edir”, – deyə dövlət başçısı bildirib.