ABŞ-də hərbi helikopter qəzaya uğrayıb Dünya

ABŞ-də hərbi helikopter qəzaya uğrayıb

Çərşənbə günü, avqustun 12-də Texasda hərbi zərbə helikopteri sahəyə çırpılaraq alovlanıb, nəticədə göyərtədə olan iki pilot həlak olub.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə CNN məlumat verir.

Nəşrin yazdığına görə, Fort-Hud hərbi bazasında yerləşən "Apache" helikopteri Salado (Texas ştatı) yaxınlığında qəzaya uğrayıb. Hadisə nəticəsində iki pilot həyatını itirib.

Qeyd edək ki, "Apache" iki heyət üzvü üçün nəzərdə tutulmuş zərbə helikopteridir: pilot helikopterin arxa hissəsində, ikinci pilot-atıcı isə qabaq hissəsində əyləşir.

Bell dairəsi şerifinin ofisinin nümayəndəsi Kliffin sözlərinə görə, xilasetmə xidmətləri baş verən yanğına operativ müdaxilə ediblər. Yaxınlıqdakı təxminən 40 hektar sahəyə yayılan yanğın səbəbindən hakimiyyət orqanları yaxın ərazilərin sakinlərini təxliyə edib. Helikopterin qəzaya uğrama səbəbləri və heyətin marşrutu dəqiqləşdirilmir.

Məryəm Quliyeva